Atəşkəs, yoxsa müharibənin davamı? | VİDEO

   Atəşkəs, yoxsa müharibənin davamı?    | VİDEO
  24 İyun 2025    Oxunub:765
İran rəsmilərindən biri ABŞ-nin Qətərin vasitəçiliyi ilə İsraillə atəşkəsə Tehranın razılaşdığını təsdiqləyib.
AzVision.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına əsasən, İsrailin baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman Təl-Əvivin də Amerika liderinin İrana qarşı hərbi əməliyyatlara son qoymaq təşəbbüsünü qəbul edib.

Daha əvvəl İsrail və İranın 24 saatdan sonra “12 günlük müharibəyə rəsmi son qoyacaq” atəşkəsə razılaşdıqlarını bəyan edən ABŞ prezidenti Donald Tramp hətta tərəfləri onu pozmamağa çağırıb.

Bununla belə, İsrail və İran bir-birlərini əldə olunan kövrək razılşamanı pozmaqda ittiham edirlər.

Tramp: “Atəşkəsi pozmayın”
İsrail ordusunun (ÇAXAL) mətbuat xidmətinin Telegram-kanalımnda yerləşditilən məlumata görə, İran atəşkəs barədə razılaşmadan sonra İsrail ərazisinə 6 raket atıb.

Lakin İran mediası bu raketlərin atəşkəs rejimindən əvvəl İsrailə atıldığını və atəşkəsin bundan sonra qüvvəyə mindiyini yazır. “Fars” agentliyinin məlumatına görə, İranın raket zərbələri və itkilərindən sonra atəşkəs Tehran vaxtı ilə səhər saat 07:30-da qüvvəyə minib.

Belə izahı qəbul etməyən İsrail, öz növbəsində İranın Rəşt və Gilan əyalətlərini atəşə tutub. İran tərəfinin açıqlamasına görə, hücum nəticəsində ən azı 9 adam ölüb, 33 nəfər isə yaralanıb.


“Nour News” agentliyi ölənlər arasında iranlı nüvə alimi Məhəmməd Rza Sadiqinin olduğunu bildirib.

Tehran vilayətinin qubernatoru Məhəmməd Sadiq Motamedian isə, İsrailin bu bölgədə 12 obyektə hücum etdiyini və zərbələrin əksəriyyətinin yaşayış məntəqələrinə dəydiyini açıqlayıb.

Onun sözlərinə görə, iyunun 13-dən bəri İsrailin endirdiyi zərbələr nəticəsində Tehran vilayətində azı 120 yaşayış binası dağıdılıb, 500-ə yaxın yaşayış binasına isə ziyan dəyib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İran   İsrail   atəşkəs  



Xəbər lenti